RU

İsrailli aktyorlar İranın hücumuna tuş gəliblər

"The Times of Israel" xəbər saytının yaydığıməlumataəsasən, aktyorların e-poçtlarına guyadünyaca məşhur rejissor tərəfindən ərsəyə gətirilən yeni filmdə çəkilmək üçün dəvətməktubları gəlib. Bu məktublar vasitəsilə aktyorlardan sınaq videoları ilə yanaşı onların şəxsi məlumatları:şəxsiyyət vəsiqələri, pasportları və ünvanları istənilib.

Bir çox aktyor bu tələbi həqiqətən də rol təklifi sanaraq, lazımi məlumatları e-poçt ilə göndərib, ardınca isəhədələyici mesajlaralıb. Beləliklə, fişinq hücumuna məruz qaldıqlarını başa düşüblər.

İsrailin Milli Kiber İdarəsi hücuma tuş gələn aktyorlara öz şəxsiyyət vəsiqələrini dəyişdirməyi, fişinq barədə hökumətə məlumat verməyi məsləhət görüb.

Məlumat üçün diqqətə çatdıraq ki, İran hökuməti, uzun müddətdir, müxtəlif yollarla, həmçinin bu cür fişinq hücumları ilə İsraildən özünə casuslar toplamağa, ölkənin məxfi materiallarına çıxış qazanmağa çalışır.

Firudin Həmidli
AzVision.az
Избранный
7
1
azvision.az

2Источники