RU

Nepalda iğtişaşlar nəticəsində ölənlərin sayı artdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nepalda kütləvi iğtişaşlar nəticəsində 50-dən çox insan həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Agence France-Presse" polisə istinadən məlumat yayıb.
Daha əvvəl qarşıdurmalarda 34 nəfərin öldüyü bildirilirdi. Hüquq-mühafizə orqanlarının yenilənmiş məlumatlarına görə, 51 nəfər ölüb, 1.3 mindən çox insan xəsarət alıb.
Xatırladaq ki, sentyabrın 8-də Katmanduda parlament binası yaxınlığında "Z nəslinin inqilabı" adlı etiraz aksiyası keçirilib.
Etirazlar paytaxtda və ölkənin ən azı yeddi böyük şəhərində baş tutub. Etirazçılar hökumətin sentyabrın 4-də Nepalın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmiş mesencer və sosial şəbəkələrin, o cümlədən "WhatsApp", "Facebook" və "Instagram"ın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı elan etdiyi qərara etiraz ediblər. Polislə toqquşmalarda ölənlərin sayı 22-yə çatıb, 500-dən çox insan yaralanıb. Nepalın bir sıra siyasətçiləri, o cümlədən daxili işlər naziri Rameş Lehak və Baş nazir Şarma Oli istefa veriblər.
Sentyabrın 9-da etirazçılar ölkənin onların nəzarətinə keçdiyini bəyan edərək, yeni hökumətin formalaşdırılmasına və seçkinin keçirilməsinə çağırıblar. Nepalda etirazçılar Katmandu meri Balendra Şahın baş nazir səlahiyyətlərinin icraçısı təyin olunmasını tələb ediblər.
Hökumət əleyhinə aksiyaların iştirakçıları baş nazirin, ölkə Prezidenti Ram Çandra Paudelin və bir neçə başqa siyasətçinin Balkot şəhərində şəxsi iqamətgahlarını yandırıblar. Etirazçılar, həmçinin parlament binasını və Nepalın əsas inzibati kompleksini, ölkə hökumətinin və bir çox nazirliklərin yerləşdiyi Sinqha Durbar Sarayını ələ keçirərək yandırıblar.
Избранный
18
4
oxu.az

5Источники