RU

Türkiyədə ilk Robot qeydiyyata alındı FOTO

Milli.az saytına istinadən ain.az xəbər verir.

Türkiyədə ilk dəfə insanabənzər robot rəsmi olaraq əhali reyestrinə daxil edilib.

Milli.Az xəbər verir ki, "CANİKFEST" Süni İntellekt Səyahəti üçün Samsuna gətirilən robot Festman Canik İlçe Vətəndaşlıq Qeydiyyatı Müdirliyində identifikasiya prosesini tamamlayaraq "Festman Canik" adlı fəxri şəxsiyyət vəsiqəsi alıb.

Samsun Canik Bələdiyyəsinin təşkil etdiyi Türkiyənin ən böyük süni intellekt festivalında diqqət çəkən Festman Samsunu çox bəyəndiyini bildirərək qeydiyyat idarəsinə üz tutub. Burada onu Canik Rayon Vətəndaşlıq Qeydiyyatı Müdiri İbrahim Kök qarşılayıb və rəsmi prosedurlardan sonra fəxri şəxsiyyət vəsiqəsini təqdim edib.

Beləliklə, Festman Türkiyənin rəsmi əhali reyestrində qeydiyyata alınan ilk robot kimi tarixə düşüb.

Fidan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
news.milli.az

2Источники