RU

Frank De Blekere RFS-də də vəzifə aldı

AFFA Hakimlər Komitəsinin sədri, belçikalı mütəxəssis Frank De Blekere bundan sonra Rusiya Futbol İttifaqıında (RFS) da çalışacaq.

Arena.az bu barədə RFS-in rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, belçikalı mütəxəssis RFS-in prezidenti yanında ekspert-hakimlik komissiyasının üzvü olub.

De Blekere ilə yanaşı, Belarusdan olan keçmiş beynəlxalq dərəcəli hakim Aleksey Kulbakov da komissiyaya üzv seçilib.

Pavel Kamantsevin sədrlik etdiyi komissiyada Ravşan İrmatov, Milorad Mayiç, Nestor Pitana, Cüneyt Çakır, Vladimir Kadıkov, Talqat Kosmuxambetov kimi sabiq referilər də yer alıb.

Xatırladaq ki, Frank De Blekere 2024-cü ilin iyun ayından AFFA Hakimlər Komitəsinin sədri vəzifəsində çalışır. Sabiq FİFA referisinin bu qurumla 2027-ci ilin yayına qədər müqaviləsi mövcuddur.

error: Məzmun qorunur!
Избранный
11
7
arena.az

10Источники