RU

Qayıdış prosesində Vətəndaş Cəmiyyətinin potensialından istifadə olunmalıdır- ÖZƏL

"Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş əraziləri yenidən inşa edir. Həmin məkanlar inşaat meydançasını xatırladır. Məcburi köçkünlərin ardıcılıqla qayıdışı davam edir. Məhz belə məqamda  Azərbaycanda Vətəndaş Cəmiyyəti İnstitutlarının zəngin potensialından istifadə etmək zəruridir. Qayıdış  prosesində bir çox işləri ixtisaslaşmış QHT-lər görə bilər. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq məsələləri bu gün çox aktualdır. Belə məqamda  QHT-lər nə edə bilər?" "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Əkrəm Bəydəmirli deyib:
"Əvvəlcə regionu düzgün tədqiq edib, potensialını müəyyənləşdirmək lazımdır. Həmin bölgələrdə çalışmaq istəyən sahibkarlıq subyektlərini təlimlərə çəlb etmək  olar. Digər tərəfdən yerli əhalini çoğrafi şəraitə və onların potensialına uyğun olaraq sahibkarlıq fəaliyyətinə təşviq etmək effekt verər. Kənd turizminin inkişafı və bunun əhali üçün səmərəliliyi ilə bağlı xeyli işlər görmək mümkündür.  
Ümumiyyətlə, Azərbaycanda QHT sektorunun potensialını düzgün dəyərləndirib, bu  resursları səmərəli şəkildə  bir çox sahələrin inkişafına yönəltmək olar. Zəngin təcrübəsi, intellektual potensialı olan QHT sektorunun kadr potensialından yararlanmaq  effektli olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
1
olaylar.az

2Источники