RU

Övladını dövlət dəstəyi ilə özəl bağçalara qoymaq istəyənlərin NƏZƏRİNƏ!

"Məktəbəqədər təhsilin əhatə dairəsinin daha da genişləndirilməsi üçün işlər görülür. Əhatə dairəsinə görə ikinci yerdə məktəbəhazırlıq qrupları dayanır və bu qruplarda yeni tədris ilindən 12 minə yaxın uşaq təlimə cəlb ediləcək. Üçüncü mühüm istiqamət icma əsaslı təlim qruplarıdır. Ötən il bu layihə çərçivəsində 1000 uşaq iştirak etmişdisə, bu il yeni tədris ilindən həmin qruplarda təxminən 22 min uşaq təlimə cəlb olunacaq".

Redaktor.az xəbər verir ki, bu barədə təhsil işçilərinin sentyabr konfranslarının yekununa dair hesabat tədbirində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.

Onun sözlərinə görə, ötən il ilk dəfə dövlət-özəl tərəfdaşlığı çərçivəsində məktəbəqədər yaşlı uşaqların özəl təhsil müəssisələrində təlimə cəlb edilməsi həyata keçirilib.

"Ötən il 1500 uşaq bu layihədən yararlanmışdı. Planlaşdırılır ki, bu il oktyabr ayından etibarən təxminən 4000 uşaq həmin platformadan faydalansın. Eyni zamanda mövcud ənənəvi bağçalarda infrastruktur tədbirlərimiz davam edir: tələbat olmayan kənd yerlərində qruplar bağlanır, daha yüksək tələbat olan bağçalarda isə əlavə qruplar açılır. Nəticədə minlərlə uşaq məktəbəqədər təhsilə cəlb edilir", - deyə E.Bağırov bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində təxminən 120 min uşaq təlimə cəlb olunub.

Избранный
14
1
redaktor.az

2Источники