RU

27 ölkə Trampa görə təlaşda: nə baş verir?

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Polşa ABŞ Prezidenti Donald Trampın dron insidenti haqda fikirləri ilə razılaşmır.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Bunlar səhv deyildi”, – o vurğulayıb.

Digər tərəfdən, Trampın çıxışı Avropa İttifaqı (Aİ) ölkələrində də narahatlıqla qarşılanıb.

“Nyu York Tayms” qəzeti yazır ki, Ağ Ev rəhbərinin insidentin səhvən ola biləcəyini deməsi onun Avropanı müdafiə etməkdən əl çəkdiyini göstərir.

Qeyd edək ki, daha əvvəl D.Tramp Polşada pilotsuz təyyarə ilə bağlı insidentin səhv ola biləcəyini bildirmişdi. O, həmçinin vəziyyətdən narazılığını və tezliklə həll olunacağına dair ümidlərinin olduğunu da əlavə etmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
globalinfo.az

1Источники