RU

Moskvaya pəncərə: ABŞ Minskə qarşı sanksiyaları ləğv edir

ABŞ Minskə qarşı tətbiq etdiyi sanksiyaların bir qismini aradan qaldırıb. Nəticədə Belarus Hava Yolları “Belavia”ya “Boeing” tipli təyyarələrlə uçuşlar həyata keçirməyə icazə verilib.

Publika.az xəbər verir ki, bu qərar Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul arasında keçirilən görüşdən sonra elan olunub.

Ekspertlərin sözlərinə görə, atılan addım ABŞ-Belarus münasibətlərində müsbət dönüş nöqtəsi ola bilər. Həmçinin bu qərar “Belavia”ya Rusiyadan ABŞ-a uçuşlarda alternativ tranzit marşrutu kimi yeni imkanlar aça bilər.

RBC ekspertlərinin fikrincə, Belarus üçün açılan yeni imkanlar rusiyalı sərnişinlər üçün də əlverişli ola bilər. Siyasi Ekspert Qrupunun rəhbəri Konstantin Kalaçev bildirib ki, Belarusun Amerikaya uça biləcək təyyarələri mövcuddur. Onun sözlərinə görə, əgər bu təyyarələrə uçuş icazəsi verilsə, rusiyalılar üçün yaxşı alternativ yaranacaq. Bununla belə, yeni marşrutun tam formalaşdırılmasına hələ ehtiyac qalır.

Избранный
24
publika.az

1Источники