RU

DTA tərəfindən cənub regionuna infotur təşkil olunub

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

Astara, Lənkəran və Neftçala rayonlarını əhatə edən infoturda Azərbaycanda fəaliyyət göstərən 30 turizm şirkətinin nümayəndələri və səyahət blogerləri iştirak ediblər. İnfoturun əsas məqsədi qeyd olunan rayonlarının turizm imkanlarının geniş şəkildə təbliğ olunması, son illərdə turizm sahəsində aparılan işlərin nümayiş etdirilməsi, eyni zamanda yeni turizm destinasiyalarının tanıdılmasıdır. İnfotur çərçivəsində Hirkan Milli Parkına, bambuk plantasiyasına, Sım kəndinə, balıqçılıq, çay və sitrus təsərrüfatlarına, yeni istifadəyə verilmiş turizm müəssisələrinə səfər edilib. Həmçinin iştirakçılar regionun yerli mətbəx nümünələri, müalicə turizmi və aqroturizm imkanları ilə tanış olublar. AzVision.az

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
7
azvision.az

8Источники