BAKI, 12 sentyabr. TELEQRAF
“Tarix kitablarının çoxu tarixi faktarın ardıcıllığından ibarətdir. O faktlar hekayə formasında izah olunmalıdır ki, şagirdlər tərəfindən başa düşülsün”.
Teleqraf xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 2025-2026-cı tədris ilinə həsr olunmuş konfransda deyib.
Nazir vurğulayıb ki, tarix dərsinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil.