Mükəmməl sistemə doğru gediriksə, daha çox uşaq məktəbəqədər təhsilə cəlb edilməlidir.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, nə qədər uşaq çox məktəbəqədər təhsilə gedirsə, daha yaxşı nəticələr əldə edirik:
“Məktəbəqədər təhsilə cəlb olunan uşaqların faizinə baxsaq, biz 16 faizdən, 40 faizə gəlib çatmışıq. Bu isə müsbət haldır”.
O qeyd edib ki, hər il 30-40 min uşaq məkətəbəqədər təhsilə cəlb edilir.
"Cebheinfo.az"