RU

“Oturub uşaqlara normal dərslik yazmaq lazımdır” – Emin Əmrullayev

“Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil”.

Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə çıxış edərkən deyib. 

O bildirib ki, tarix kitablarının çoxu tarixi faktarın sıralamasından ibarətdir:

“Düşünürəm ki, bu dəyişməlidir. Bu mənim fikrimdir. Tarixin önəmi odur ki, bu, mənim keçmişimdir,  bu günümdür və gələcək üçün necə addım atacağımı formalaşdırır".
 

E.Əmrullayev həmçinin qeyd edib ki, biologiya fənni üzrə dərsliklər də beynəlxalq standartlara uyğun deyil. 


“Oturub uşaqlara normal dərslik yazmaq lazımdır”, - deyə nazir əlavə edib.

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Избранный
27
2
bizim.media

5Источники