RU

Bişkekdə 4.3 bal gücündə zəlzələ oldu

ain.az, 525.az portalına istinadən məlumat verir.

Qırğızıstanın paytaxtı Bişkekdə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla 13:57-də (Bakı vaxtı ilə 11:57-də) qeydə alınan yeraltı təkanlar 4,3 bal gücündə olub.

Zəlzələnin episentri Beş-Küngeydən bir kilometr aralıda yerləşib. Yeraltı təkanlar Bişkeklə yanaşı, Qazaxıstan ərazisində də hiss olunub.

Bəzi Bişkek sakinləri yeraltı təkanların güclü hiss edildiyini, gurultu ilə müşayiət olunduğunu və daha çox partlayışa oxşadığını bildiriblər.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
525.az

1Источники