Bu ilin yanvar-iyul aylarında ölkədə 2 508,0 min dekalitr meyvə şirələri istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 1 faiz və ya 24,1 min dekalitr artıb.
Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 535,2 min dekalitr təşkil edib.