RU

Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb

Rusiyalı müğənni Valeriya və prodüser İosif Priqojin Türkiyədə dələduzluğa məruz qalıb.
 
7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlük İstanbulda gəzinti zamanı taksi sürücüsü tərəfindən aldadılıb.
 
Sürücü onlardan gediş haqqını əvvəlcədən kartla ödəmələrini istəyib. Ödənişin qəbul olunmadığını bildirən sürücü əməliyyatı bir neçə dəfə təkrar etməyi təklif edərək hər dəfə başqa terminalla ödəniş etdirib.

Prodüser bir müddət sonra hesabından bir milyon rublun çıxdığını görüb.
 
Sürücü hadisə yerindən sürətlə uzaqlaşmağa çalışarkən Priqojin avtomobilin fotosunu çəkərək onu polisə təqdim edib.

Polis tərəfindən saxlanılan takjsi sürücüsü cütlükdən üzr istəyərək aldığı pulları geri qaytarıb.
 
 

Избранный
2
1
7news.az

2Источники