RU

Orta Dəhliz regionun əsas iqtisadiyyatları ilə yanaşı, başqa ölkələrə də fayda gətirəcək - "Moody's"

Bakı. Trend:

Orta Dəhlizin rolunun güclənməsi yalnız onun əsasiqtisadiyyatları sayılan ölkələrə – Qazaxıstan, Azərbaycan vəGürcüstan üçün deyil, həm də dəhlizlə əlaqələr sayəsində fayda əldəedən Özbəkistan və Qırğızıstan kimi digər ölkələr üçün də müsbətnəticələrə gətirib çıxarır.

Trend bu barədə“Moody’s”ə istinadən xəbər verir.

“Orta Dəhliz, xüsusilə Çinlə Avropa arasındakı ticarət axınlarıüçün alternativ kimi formalaşıb. Onun multimodal təbiəti ilə bağlıçətinliklərə baxmayaraq, daha birbaşa marşrut zaman və xərclərbaxımından üstünlüklər təmin edir. Daşımaların əsas hissəsi dəmiryolu ilə yük daşımalarının payına düşür – onlar dəniz nəqliyyatınanisbətən daha sürətli, etibarlı və potensial olaraq daha ekolojitəmizdir. Nəticədə, 2022-ci ildən etibarən tranzit həcmləri kəskinartıb, regiondakı ticarət axınları isə güclənib”, – deyə agentliyinhesabatında bildirilir.

“Moody’s”in məlumatına görə, bununla əlaqədar infrastruktursahəsinə, o cümlədən, dəmir yolu xətlərinin ötürücülükqabiliyyətinin artırılmasına, dəniz gəmiləri və yük qatarlarındanibarət donanmanın müasirləşdirilməsi və genişləndirilməsinə,həmçinin, limanların və logistika mərkəzlərinin tikintisi vəinkişafına yatırımlar artıb.

“Yatırımların mühüm hissəsinin milli hökumətlər və dövlətşirkətləri tərəfindən təmin edilməsinə baxmayaraq, Dünya Bankı,Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimibeynəlxalq maliyyə institutları da daxil olmaqla, xarici qurumlarlayihələrin maliyyələşdirilməsində iştirak edir. Orta Dəhliz,həmçinin, Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrininyaxşılaşdırılmasına yönəlmiş Aİ-nin “Global Gateway” strategiyasınada daxildir”, - sənəddə qeyd olunur.

Eyni zamanda, “Moody’s” hesab edir ki, Orta Dəhlizin tampotensialının həyata keçməsi üçün hələ də həllini tapmamışməsələlər qalmaqdadır.

“İnfrastruktur sahəsində genişmiqyaslı yatırımlara ehtiyaclayanaşı, dəhliz bir neçə yurisdiksiyadan keçir. Sərhəd və gömrükprosedurlarının harmonizasiyası marşrut ölkələri arasında sıxəməkdaşlıq tələb edəcək. Bu sahədə irəliləyiş dəhlizi dahacəlbedici edəcək və regiondakı qiymətləndirdiyimiz subyektlərinkredit keyfiyyətinə müsbət təsir göstərəcək”, - hesabatdabildirilir.

Məqalədə:
Избранный
32
1
az.trend.az

2Источники