RU

AQTA: Cəlilabadda “Karvan” marketdə normativ tələblər pozulub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan müraciət əsasında Cəlilabad rayonunun Alar kəndində fəaliyyət göstərən sahibkar Tahir Bayram oğlu Qiyasova məxsus “Karvan” marketdə aparılmış yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu müəyyən ediblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları və alkoqolsuz içki aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
2
azertag.az

3Источники