BAKI, 12 sentyabr. TELEQRAF
“Ermənilər Qarabağa qayıtmağa hazır deyillər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Lilit Minasyan deyib.
Ermənistan müxalifətinin ermənilərin Rusiya pasportu ilə Qarabağa gedib yaşamağa hazır olub-olmaması ilə bağlı onlayn apardığı sorğular barədə suala deputat belə cavab verib: “Onların halına acıyıram. Hələ də Rusiya pasportuna bel bağlayan müxalifətimiz var. “Bunu necə edə bilərlər? Belə də alçaqlıq olar?”.
Minasyanın sözlərinə görə, heç bir erməni Qarabağda yaşamağa hazır deyil və belə bir şey mümkünsüzdür.
Hakim partiyanın üzvü müxalifətin Ermənistan-Azərbaycan sülh razılaşması və Zəngəzur dəhlizi ilə bağlı saxta tezislərinin də alt-üst olduğunu qeyd edib:
“Müxalifət hər dəfə saxta tezislər irəli sürəndə ortalığa sənədlər çıxır və onların bu saxta iddiaları alt-üst olur. Biz hara getdiyimizi dəqiq bilirik”.