RU

Çin avtomobilləri üçün xüsusi yağlara ehtiyac yoxdur

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çindən idxal olunan hibrid və elektrik avtomobillərinin sayı artdıqca onların texniki xidməti ilə bağlı suallar da çoxalır.

AzPost xəbər verir ki, avtomobil eksperti Rоman Sokuyev “Российская газета”ya açıqlamasında bu maşınlar üçün hər hansı “gizli” və ya xüsusi yağların mövcud olmadığını bildirib. Onun sözlərinə görə, istifadə olunan yağlar beynəlxalq standartlara əsaslanır, yalnız mühərriklərin iş rejiminə uyğun bəzi fərqliliklər nəzərə alınır.

Ekspert qeyd edib ki, hibrid modellərdə – məsələn, Geely və ya Lixiang markalarında – adətən az viskozitəli 0W-20 tipli yağlardan istifadə olunur. Bu seçim, daxiliyanma mühərriklərinin tez-tez işə düşüb dayanması ilə bağlıdır. Belə “ravan olmayan” rejim yağın tez oksidləşməsinə gətirib çıxarır və yüksək istilik sabitliyi tələb edir. Buna görə də hibridlərdə dispersiya xüsusiyyətləri gücləndirilmiş məhsullar məsləhət görülür.

Elektrik avtomobillərində isə diqqət daha çox transmissiya mayelərinin dielektrik xüsusiyyətlərinə və soyutma qabiliyyətinə yönəlir. Çünki burada daxiliyanma mühərriki yoxdur və əsas yükü elektrik motoru daşıyır. Bu səbəbdən istehsalçılar universallığı təmin edən – həm triboloji, həm də istilik və izolyasiya xüsusiyyətlərini birləşdirən yeni mayelər hazırlamağa çalışırlar.

Sokuyev vurğulayıb ki, nə hibridlər, nə də elektromobillər üçün “ekzotik” yağlar tələb olunmur. Əsas məsələ zavod göstərişlərinə əməl etməkdir. Onun sözlərinə görə, düzgün olmayan yağlardan istifadə mühərrikin resursunu azaldır və bahalı təmir riskini artırır.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
azpost.info

2Источники