Bakı. Trend:
Azərbaycan son illərdə hərtərəfli, siyasi və iqtisadi tərəfdənfenomenal bir formada inkişaf etməkdədir. Xarici siyasətdəkiuğurlarımız daxili siyasətdəki böyük uğurlarımızı tamamlayır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasətkomitəsinin üzvü Vüqar İskəndərov komitənin bugünkü iclsasındaçıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, siyasətin tərkib hissəsi olanparlament də kifayət qədər həm beynəlxalq diplomatiyada, həmdaxildə qanunvericilik sahəsində çox uğurlu fəaliyyət göstərir.Parlament sədrinin xarici səfərləri beynəlxalq təşkilatlardakınüfuzumuza töhfədir.
Deputat bildirib ki, komitənin profil nazirlik və agentliklərləişini daha da sıxlaşdırmaq lazımdır:
“Görüş və ictimai dinləmələrdə həmin orqanların birincişəxslərinin iştirakı vacibdir. Çünki bəzi məsələlərdə birbaşasiyasi iradəyə ehtiyac olur. Birinci şəxslər həmin iclasda iştirakedib bu məsələləri özləri eşidib, qərar verməlidirlır”.
V.İskəndərovun sözlərinə görə, Azərbaycan Ulu öndər HeydərƏliyevin 1969-cu ildən hakimiyyətə gəlişindən sonra aqrar ölkə kimiinkişaf etdi:
“İndi bu sahədə də kifayət qədər işlər görülür. Azərbaycanprioritet məsələ kimi turizm və aqrar sahəyə böyük önəm verir.Prezident İlham Əliyev daxili siyasətdəki əsas prioritetməsələlərdən biri kimi qarşımıza qoyub. Hədəflərimizdən biri dəaqrar inkişafdır”.