RU

Emin Ağalarovun dəbli sirri: qarderobunu ilk dəfə göstərdi - VİDEO

Məşhur müğənni və iş adamı Emin Ağalarov sosial şəbəkədə şəxsi qarderobundan görüntülər paylaşıb.

Musavat.com xəbər verir ki, sənətçi izləyicilərinə müxtəlif tərzdə geyimlərini göstərərək həm gündəlik, həm də səhnə obrazlarını nümayiş etdirib.

Paylaşımdan göründüyü kimi, Eminin qarderobunda klassik kostyumlarla yanaşı, idman üslubunda geyimlər, brend ayaqqabılar və müxtəlif aksesuarlar da yer alır. Onun dəbli seçimləri sosial şəbəkə izləyicilərinin diqqətini çəkib və qısa zamanda çoxlu bəyənmə toplayıb.

Emin Ağalarov tez-tez sosial mediada şəxsi həyatından maraqlı məqamları paylaşaraq pərəstişkarları ilə yaxın ünsiyyət qurur. Budəfəki paylaşımı da izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Könül
Musavat.com 

Избранный
22
musavat.com

1Источники