RU

“Hansı kəndçi evindəki 10 dənə bankanı yoxlatdıracaq?!”

“Bu gün aqrar sahənin inkişaf etdirilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac var”.

FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün keçirilən komitə iclasında bildirib.

“Müəyyən durğunluq illərindən sonra proseslərdə bu sahəyə diqqət bir az zəif olub. Ona görə də hazırda aqrar sektorla bağlı ixtisaslı kadr çatışmazlığı var. Belə bir fəaliyyəti müvafiq orqanlarla birgə Aqrar Universiteti həyata keçirir. Ona görə də Milli Məclisdə Aqrar Universiteti ilə birlikdə ictimai dinləmənin keçirilməsi lazımdır”, - deyə komitə sədri qeyd edib.

**

Deputat Razi Nurullayev isə əlavə edib ki, kəndlərdə yaşayan bir çox insanın dolanışığı orqanik məhsullarla bağlıdır: “İnsanlar bu məhsulları aparıb restoranlara satmaq istəyir. Lakin restoran buna görə ciddi şəkildə cərimələnir. Prosedur var ki, aparıb onları baytarlıqdan keçirməli, labarotoriyada yoxlatdırmalıdır və sairə. Hansı kəndçi evindəki 10 dənə bankasını gedib yoxlatdıracaq?! Bunlar vətəndaşın həyatını ağırlaşdırmaqdır. Biz bununla bağlı mütləq şəkildə tədbir görməliyik. Mən razıyam, bəli, turşudan zəhərlənmələr ola bilər. Amma insanlar evlərində hazırladıqları məshulları azad şəkildə satmağı bacarmalıdır”. 

Избранный
17
2
fed.az

3Источники