RU

Azərbaycanda qidadan zəhərlənmələrin əsas SƏBƏBİ NƏDİR?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda zəhərlənmələrin əsas səbəblərindən biri kustar üsulla istehsal edilən məhsullara nəzarət edilməməsidir".
Oxu.Az-ın məlumatına görə, bunu deputat Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib.
O qeyd edib ki, kustar üsulda istehsal olunan məhsullar zəhərlənmələrə səbəb olub:
"Bu məhsulların əksəriyyəti restoran və kafelərə gizli şəkildə tədarük olunur. Zəhərlənmələrin əsas səbəbi odur ki, belə məhsullara nəzarət olunmur. Sahibkarlar məsuliyyətini dərk etməlidirlər ki, bu məhsullar mütləq nəzarətdən keçirilsin və daha sonra restoranlara verilsin".
Deputat bildirib ki, bu məhsulların hamısının dövlət tərəfindən alınması və onu istehlakçıya çatdırılmasını söyləmək doğru deyil:
"Hazırda bazar iqtisadiyyatıdır və o, hər şeyi tənzimləyir. Biz gedib deyə bilmərik ki, sən bal istehsal etmisən və bunu 10 manata satmalısan. Bu zaman çox ciddi problemlər yarana bilər".
Samir Əli
Избранный
20
2
oxu.az

3Источники