RU

Hamamda qaz partladı - Qadın yandı

Gəncə sakini yanıq xəsarətləri alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1992-ci il təvəllüdlü Ç.Həsənova bədənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Ç.Həsənova yaşadığı evin vanna otağında qazı (kalonkanı) yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə, o, yanıq xəsarətləri alıb.

Fakt araşdırılır.

Tural Əhmədov

Избранный
17
3
unikal.az

4Источники