RU

Ukraynadan ŞİDDƏTLİ PUA hücumu: Rusiyanın gəmi və neft anbarı YANDI, NATO generalları TOPLANDI!

Sentyabrın 11-dən 12-nə keçən gecə Rusiyanın bir sıra regionlarında partlayış səsləri eşidilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilir ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumunu dəf edib.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun verdiyi məlumata görə, gecə saatlarında Ukrayna pilotsuz təyyarələri Rusiyanın ən böyük neft yükləmə limanı "Primorsk"a hücum edib. Gəmilərdən birində yanğın baş verib.

"Leninqrad vilayəti üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən 30-dan çox Ukrayna PUA-sı məhv edilib. Primorsk limanında gəmilərdən birində baş verən yanğın söndürülür. Vsevolojsk, Tosno, Populye və Uzno kəndlərinin kənarında PUA-lardan düşən qırıntılar və dağıntılar qeydə alınıb. Lomonosov rayonundakı ərazilərə İHA hücumu dəf edilib”, - deyə qubernator bildirib.

Qeyd edək ki, Pulkovo, Yaroslavl, Kaluqa, İvanovo və Pskov hava limanları bağlanıb. Smolensk yaxınlığındakı “Lukoyl” neft anbarında da irimiqyaslı yanğınla bağlı xəbərlər var.

Sankt-Peterburqun Pulkovo hava limanında 50-dən çox reys təxirə salınıb və ya ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, 15 reys uçuşu təxirə salınıb, 27 reys gecikib. Bundan əlavə, 14 reysin qəbulu ləğv edilib.

Qeyd edək ki, bundan əvvəl Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bölgənin Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumuna məruz qaldığını bildirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Leninqrad vilayətində 28 pilotsuz uçuş aparatı məhv edilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gü saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da işitrak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Избранный
12
1
musavat.com

2Источники