RU

"Lənkəran"da kanadalı basketbolçu

"Lənkəran" növbəti legioneri heyətinə qatıb.

İdman.biz klubun mətbuat xidmətinə istinadən bildirir ki, kanadalı basketbolçu Ankit Çoudhari karyerasını bölgə təmsilçisində davam etdirəcək.

24 yaşlı oyunçu ilə müqavilə imzalanıb. Müdafiəçi daha əvvəl ölkəsində "Brampton Honeybadgers" komandasında oynayıb.

Qeyd edək ki, "Lənkəran" bunadək Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Raşed Dyso,Teron Montqomery və Nmeso Nne Bedum ilə heyətini gücləndirib.

İdman.biz

Избранный
20
8
idman.biz

9Источники