RU

QHT sədri: “Xəbərdarlıqlar nəticə vermirsə, qanun işə düşməlidir”

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onların təqdim edilməsi ilə bağlı birgə bəyanat yayıb.

QHT.az xəbər verir ki, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz olaraq orden və medallar təsis etməsini narahatlıq doğuran məsələ kimi qiymətləndirib. Onun sözlərinə görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu halların təkrarlanması yolverilməzdir:

"Xəbərdarlıqlar nəticə verməyən təqdirdə qanunvericiliyə uyğun olaraq həmin QHT-lərlə bağlı ciddi tədbir görülməlidir. Eyni zamanda qanun pozuntusu törətmiş təşkilatlarla bağlı ictimaiyyətə də məlumat verilməlidir."

 

Pərvanə Fərhadqızı

Избранный
27
qht.az

1Источники