RU

“Oturub uşaqlara normal dərslik yazmaq lazımdır” - Nazir

“Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil”.


Yeniliki.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, tarix kitablarının çoxu tarixi faktların sıralamasından ibarətdir: “Düşünürəm ki, bu dəyişməlidir. Bu mənim fikrimdir. Biologiya fənni üzrə də dərsliklərimiz beynəlxalq standartlara uyğun deyil, yeni dərsliklər hazırlanmalıdır. Bunu mütəxəssislər etməlidir. Oturub uşaqlara normal dərslik yazmaq lazımdır”.

Избранный
8
10
yenilik.az

10Источники