Azərbaycanda IV sinif şagirdlərinin 2024–2025-ci tədris ili üzrə riyaziyyat qiymətləndirmə nəticələrinin təhlili açıqlanıb.
Təhsil İnstitutunun təqdim etdiyi statistikaya görə, şagirdlər “Ədədlər və əməllər” mövzusunda ən yüksək nəticə (56,8%) göstəriblər.
Rəqəmlər həmçinin “Cəbr və funksiyalar” (55,2%) və “Statistika və ehtimal” (51,2%) mövzularında nisbətən yaxşı göstəriciləri üzə çıxarıb.
“Həndəsə” üzrə nəticə 45,1%, “Ölçmə” bölməsində isə 41,2% təşkil edib.
Riyazi səriştələr üzrə göstəricilər daha aşağı olub: şagirdlərin 46,2%-i bilik qazanıb, ən zəif göstərici isə əsaslandırma bacarıqlarında qeydə alınıb — cəmi 17,7%.
Sual tipləri üzrə nəticələrdə qapalı testlərdə orta bal 49,2%, açıq kodlaşdırma tələb edən tapşırıqlarda isə cəmi 18,3% təşkil edib.
Gülnar Nazimqızı