RU

Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır

Bakının məşhur ticarət mərkəzlərindən biri olan “Gənclik Mall”da yerləşən “DeFacto” mağazasının fəaliyyətində qeyri-adi vəziyyət müşahidə olunur.

Publika.az-ın məlumatına görə, mağazanın həm birinci, həm də ikinci mərtəbəsində piştaxtalar demək olar ki, boşalıb, satışda isə çox az məhsul qalıb.

Malların tez satılması üçün bütün geyimlərə böyük endirimlər tətbiq edilib. Müşahidələrə görə, mağazada bağlanma ab-havası hökm sürür. Əməkdaşlardan bəziləri mağazanın yaxın günlərdə təmir üçün bağlanacağını bildirdilər. Digərləri isə dəqiq məlumatlarının olmadığını, hətta mağazanın yenidən açılmasının belə sual altında olduğunu dedilər.

Hazırda “DeFacto”nun “Gənclik Mall” filialının gələcək fəaliyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.

Избранный
15
3
publika.az

4Источники