RU

Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir

Kənd təsərrüfatı məhsulu və tikinti materiallarının ixracından əldə olunan milyonları ölkəyə qaytarmayan şirkətlərdən birinin vergi ilə də problemi yaranıb.

Musavat.com xəbər verir ki, söhbət “Gold Plant” MMC-dən gedir.

Şirkətin hazırda vergiyə olan borcu 130 min manatdan çoxdur.

Qanuni təmsilçisi Vəliyev Səmral Eldəniz oğlunun olduğu şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.

Bu şirkətin adı Baş Prokurorluğun həyata keçirdiyi əməliyyatda da keçir. Belə ki, Baş Prokurorluq ölkədən ixrac olunan kənd təsərrüfatı və tikinti materiallarından əldə edilən miylonlarla manat vəsaitin ölkəyə qaytarılmadığını müəyyən edib. Əməliyyat zamanı bir neçə tanınmış şirkət müəyyən edilib. Bəzi şirkət rəhbərləri beynəlxalq axtarışa verilib.

Ölkədən ixrac olunan məhsullardan əldə edilən milyonlarla manatı geri qaytarmayan şirkətlərdən biri də “Gold Plant” MMC-dir.

Избранный
7
4
hit.az

5Источники