RU

"Neftçi"nin istəyi baş tutmayıb

“Neftçi” “La Luvr”un hücumçusu Muhamed Belxeirin keçidində maraqlı olub.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” əlcəzairli forvardın transferi ilə bağlı klubu ilə danışıqlar aparıb.

Lakin “Neftçi” istəyinə çata bilməyib. 26 yaşlı hücumçu başqa kluba keçəcək. “La Luvr” onu fərqli kluba satacaq. Halbuki belçikalılar Muhamedi “Neftçi”yə satmağa hazır olub.

Əlcəzairli hücumçunun Belçika təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, karyerası ərzində "İnter", “Breşiya”, “Sanxoanense”, “Leykşoeş”, “Vilafrankense”, “Fortuna”(Sittard) klublarında oynayıb.

İdman.biz

Избранный
4
2
idman.biz

3Источники