RU

Zelenski və Tusk razılığa gəldi: Polşa Ukraynaya qoşun göndərir

Varşava öz qoşunlarını Ukrayna ərazisinə göndərmək niyyətini təsdiqləyib. Bu barədə təkcə Zelenskinin özü deyil, həm də Polşanın baş naziri Donald Tusk məlumat verib.

Publika.az xəbər verir ki, bu haqda məlumatı "Reuters" yayıb.

Zelenski sosial şəbəkələrdə Donald Tusk ilə hərbi əməkdaşlıq haqqında razılığa gəldiyini açıqlayıb. O əlavə edib ki, tərəflər Şimali Atlantika Alyansının bütün üzvləri ilə hərəkətləri əlaqələndirmək niyyətindədirlər. Eyni zamanda o vurğulayıb ki, Tusk artıq pilotsuz təyyarələrdən müdafiə məsələlərində iştirak etmək üçün Ukraynaya Polşa qoşunlarını göndərməyə razılaşıb.

Polşanın baş naziri qoşunların yerləşdirilməsi ilə bağlı danışıqların həqiqətən də davam etdiyini təsdiqləyib və bildirib ki, bu missiyanın texniki detalları müzakirə olunur. Onun sözlərinə görə, xarici işlər naziri Radoslav Sikorski prosesi hazırlamaq üçün artıq Kiyevə gəlib və yaxın günlərdə ona müdafiə naziri Vladislav Kosiniyak-Kamış da qoşulacaq.

Tusk həmçinin qeyd edib ki, müzakirələrdə Polşa ordusunun pilotsuz maşınlara qarşı mübarizədə Ukrayna təcrübəsini necə mənimsəməsi barədə düşünən hərbi ekspertlər iştirak edir. Zelenski öz növbəsində Polşanın təhlükəsizliyini gücləndirmək üçün birgə təlimlər keçirməyi təklif edib.

Избранный
5
publika.az

1Источники