RU

Ronaldinyonun oğlu Acunun klubu ilə müqavilə bağladı

Futbol üzrə Braziliya millisinin sabiq yarımmüdafiəçisi Ronaldinyonun oğlu Joao Mendes bundan sonra “Hall Siti”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

20 yaşlı cinah hücumçusu ilə 1+1 illik müqavilə imzalanıb. Mendes Çempionşip təmsilçisinin U-21 komandasında çıxış edəcək.

Xatırladaq ki, türkiyəli iş adamı Acun Ilıcalıya məxsus olan “Hall Siti” Çempionşipdə 17-ci yerdə qərarlaşıb. Sözügedən komanda cari mövsümdə keçirdiyi 4 oyunda 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət görüb.

Tam adı Joao Mendes de Assis Moreyra olan hücumçu karyerasına 2018-ci ildə “Kruzeyro”da başlayıb və 14 yaşında ilk peşəkar müqaviləsini imzalayıb. Braziliyalı futbolçu “Kruzeyro”nu 2023-cü ilin yayında “Barselona”ya dəyişib. 2024-cü ildə isə o, “Barsa”dan azad agent kimi ayrılaraq İngiltərənin “Börnli” klubuna keçmişdi. Bu klubun U-21 komandasında oynamış futbolçu bu yay “Börnli”dən azad agent kimi ayrılmışdı.

Mendes, sağ vinger və mərkəz hücumçusu kimi oynayır.

Xatırladaq ki, Ronaldinyo karyerası ərzində “Barselona”, “Qremio”, PSJ, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” kimi klubların da formasını geyinib. O, Braziliya milli komandasında da 97 oyun keçirib və 33 qola imza atıb. Keçmiş futbolçu ölkəsinin yığması ilə də DÇ-2002-nin qalibi olub. Ronaldinyonun oğlu ilə də bağlı böyük gözləntilər var. Amma onun bu ümidləri doğruldub-doğrultmayacağını zaman göstərəcək.

error: Məzmun qorunur!
Избранный
9
5
arena.az

10Источники