RU

Azərbaycan millisi məğlub olub yarımfinala yüksəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının (EBSL) final mərhələsində növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığma İtaliyanın Viareccio şəhərində keçirilən yarış çərçivəsində bu gün Litva komandası ilə qarşılaşıb. 

Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də başlayıb. Təmsilçimiz 1:2 hesabı ilə uduzsa da, 3 xalla ikinci yeri tutaraq yarımfinala yüksəlib. Millinin yeganə qoluna Kamran Qürbətov imza atıb.

Sahib Məmmədovun baş məşqçisi olduğu komandamız ilk turda Belçikaya (5:4) qalib gəlib. Litva da sözügedən komandanı üstələdiyindən bugünkü görüş qrup liderliyi baxımından prinsipiallıq daşıyırdı.

Nihat

Избранный
35
2
fanat.az

3Источники