RU

Qızıl və gümüş hasilatında müsbət dinamika qeydə alınıb

Bu ilin yanvar-avqust aylarında ölkədə 2 113,4 kq qızıl və 2 746,1 kq gümüş hasil edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 43,1 faiz və ya 637 kq, gümüş hasilatı isə 33,2 faiz və ya 684,2 kq artıb.

Cari ilin sentyabr ayının 1-nə qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 114,5 kq və 577 kq təşkil edib.

Избранный
6
vergiler.az

1Источники