RU

Rusiyada bu ölkələrdən olanlara vətəndaşlıq verilməsini dayandırmaq təklif edildi

BAKI, 12 sentyabr. TELEQRAF

“Ədalətli Rusiya – Həqiqət Naminə” partiyasının sədri, deputat Sergey Mironov 2030-cu ilə qədər Mərkəzi Asiyadan olan miqrantlara vətəndaşlıq və yaşayış icazələrinin verilməsinə moratoriumun tətbiqinə çağırıb.

Teleqraf xəbər verir ki, o, ölkəyə miqrant axınının artmasını “Rusiyanın milli təhlükəsizliyinə təhlükə” adlandırıb.

“Mən Mərkəzi Asiyadan (əsasən Özbəkistan, Qırğızıstan və Tacikistanı nəzərdə tutur – red.) olan miqrantlara 2030-cu ilə qədər vətəndaşlıq və yaşayış icazələrinin verilməsinə moratoriumun qoyulmasına çağırıram. Bu, vəziyyəti sabitləşdirmək və bu gün ölkəyə xarici vətəndaşların kütləvi şəkildə gəlməsi ilə bağlı yaranan bütün problemləri həll etmək üçün yeganə yoldur”, - Mironov bildirib.

Xatırladaq ki, miqrantlara qarşı düşmən münasibəti ilə tanınan Sergey Mironov bundan əvvəl miqrantların uşaqlarının Rusiya uşaq bağçalarına girişinin məhdudlaşdırılmasını təklif etmişdi. Həmçinin Mərkəzi Asiya dövlətləri ilə viza rejiminin tətbiqinə çağırmışdı.

Избранный
54
teleqraf.com

1Источники