RU

Aİ ölkələrində ötən il 3,5 milyon nəfərə yaşayış icazəsi verilib

Berlin, 12 sentyabr, AZƏRTAC

Ötən il Avropa İttifaqında (Aİ) birliyə üzv olmayan ölkələrin vətəndaşlarına 3,5 milyon yaşayış icazəsi verilib. Bu, 2023-cü illə müqayisədə 8,3 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin - “Eurostat”ın hesabatında bildirilib.

Yaşayış icazələrinin verilməsində əsas səbəb məşğulluq olub. Bu səbəblə verilmiş icazələr bütün icazələrin 31,9 faizini (1,1 milyon) təşkil edib. Ümumi icazələrin 27,1 faizi (950,6 min) ailə səbəbləri, 25,3 faizi (886,3 min) isə digər, o cümlədən beynəlxalq müdafiə səbəbləri ilə əlaqədar olub.

Təhsil səbəbləri bu baxımdan 15,7 faiz (549,4 min) təşkil edib.

Ən çox - 295,6 min yaşayış icazəsi Ukrayna vətəndaşlarına verilib. Bu baxımdan Hindistan (192,4 min) ikinci, Mərakeş (188,4 min) üçüncü olub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

 

Избранный
68
1
azertag.az

2Источники