RU

Romen Fevr “Bornmut”a yenə lazım olmadı

İngiltərənin “Bornmut” klubunun 27 yaşlı hücumameyilli yarımmüdafiəçisi Romen Fevr bundan sonra “Əl-Tavun”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

“Əl-Tavun” əslən Əlcəzairdən olan fransalı futbolçunu bir mövsümlük (2026-cı ilin 30 iyununadək) icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xatırladaq ki, Romen Fevr Fransanın “Tur” və “Monako” klublarının yetirməsidir. “Brest”, “Loryan” və Lion “Olimpik”ində də forma geyinmiş futbolçu “Bornmut”a 2023-cü ilin yayında 15 milyon avro müqabilində keçib. Amma o, İngiltərə klubunun heyətində cəmi 6 oyuna çıxıb. Bu üzdən futbolçu yenidən “Loryan” və “Brest” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.

Fevr Fransanın U-21 yığmasının uğurları üçün çalışsa da, əsas millidə debüt şansı qazanmayıb.

error: Məzmun qorunur!
Избранный
26
15
arena.az

10Источники