RU

“İşə qəbul olunan 4500 müəllimin əksəriyyəti gəncdir” - YENİLƏNİB

Məktəbəqədər təhsil müəssisələrinə indiyədək keçirilən müsabiqələr nəticəsində 900-dən çox pedaqoji heyət işə qəbul olunub.

"Cebheinfo.az" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, ötən il 11 min məktəbəqədər təhsil müəssisəsinin pedaqoji heyəti isə diaqnostikadan keçirilib.

E.Bağırov həmçinin təmayüllü siniflərin məqsədi barədə danışıb. O bildirib ki, təmayülün əsas məqsədi məktəbdən kənar müəllim hazırlığına getmədən sinifdə ali təhsil müəssisələrinə hazırlığı keyfiyyətli şəkildə təmin etməkdir: “14 ümumtəhsil müəssisəsində tam orta təhsil səviyyəsində təmayüllər təşkil ediləcək.Təmayüllü siniflərin məqsədi həmin təhsil pilləsində təhsil alan şagirdlərin ali təhsil müəssisələrinə hazırlığını keyfiyyətli şəkildə təmin etməkdir. Şagirdlər məktədənkənar müəllim hazırlığına getmədən sinifdə öz müəllimləri ilə tədris ala bilər. Düşünürəm ki, bu ilin sonunda həmin məktəblərin nəticələrini açıqlaya biləcəyik. İnanırıq ki, repetitor yanına getmədən yüksək nəticə göstərən şagirdlərimiz olacaq”.

Eşqi Bağırovun sözlərinə görə, bu il 4500-ə yaxın müəllim işə qəbul edilib: “Onların orta yaşı 28-dir. Müəllimlərimizin əksəriyyəti gənclərdir”.

O bildirib ki, bu tədris ilinin prioritet istiqamətləri müəyyən olunub:“Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması üçün yeni modellər tətbiq olunacaq. Həmçinin növbəti aydan özəl bağçalara qəbulla bağlı elanlar veriləcək”.

"Cebheinfo.az" 

Избранный
6
1
cebheinfo.az

2Источники