RU

Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyev dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Zərbalıyev Göyçayda torpağa tapşırılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Potu kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.


Qeyd edək ki, Zərbalıyev Ayaz Əsgəralı oğlu 1969-cu ildə Göyçayın Potu kəndində anadan olub. 1993-cü ildə Kəlbəcər rayonu, Çərəkdar kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.








Bizim Media, Aran bürosu

Избранный
36
9
bizim.media

10Источники