RU

Ərdoğan 2028-ci ildə də prezident olmalıdır!

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Prezident Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə də prezidentliyə namizəd olmasını dəstəklədiyini bildirib.

Redaktor.az-ın məlumatına görə, Bağçalı “Sabah” qəzetinə müsahibəsində vurğulayıb ki, MHP Ərdoğanın qərarından asılı olaraq ona tam dəstək verəcək.

“Sosial və iqtisadi çətinliklərə baxmayaraq, Türkiyə Ərdoğanın rəhbərliyi ilə 15 iyul 2016-cı il çevriliş cəhdi də daxil olmaqla kritik mərhələlərdən uğurla keçib. Biz 2028-ci ildə də onun prezidentliyinin davam etməsini istəyirik”, - o deyib.

Türkiyə Konstitusiyasına görə, prezident yalnız ardıcıl iki dəfə seçilə bilər. Bu isə Ərdoğanın üçüncü dəfə namizədliyini irəli sürməsini qanun dəyişikliyi olmadan mümkünsüz edir.

Bahçelinin bu açıqlaması 2028-ci ilə qədər Türkiyədə konstitusiya dəyişikliyi müzakirələrinin gündəmə gələ biləcəyini göstərir.

Избранный
14
5
redaktor.az

6Источники