RU

Bakı yağış altında: Yollar QARIŞIR, taksi qiymətləri UÇUR

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Göydən yerə düşən hər bir damcı Bakı yollarında xaosa səbəb olur. Tıxaclar artır, sürücülər bir-birinə mane olur, şəhər nəqliyyat sistemi sanki iflic olur. Bu xaosdan istifadə edən taksi xidmətləri də qiymətlərini qaldırır, şəhər sakinləri isə nəqliyyat məsələsində əlavə çətinliklərlə üzləşir.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti İlqar Hüseynov bildirdi ki, Bakı şəhərində tıxac daimidir və bunun qarşısını almaq çətindir:

"Yağışlı hava şəraitində sürücülər riskləri nəzərə alaraq nəqliyyatın hərəkət sürətini aşağı salırlar. Bu isə nəqliyyatın intensivliyinə təsir göstərir. Tıxaclar taksi xidmətlərinə də təsir edir və sürücülər qiymətləri artırırlar. Bu, onların saatlarla yollarda qalması səbəbindən adekvat bir məsələdir. Sürücülər sifarişçilərdən məhrum olduqları zaman öz xərclərini yanacaq və ya kredit xərclərini qarşılamaq üçün qiymətləri bahalaşdırmaq məcburiyyətində qalırlar. Azərbaycanda, xüsusilə Bakı şəhərində yolların infrastrukturu hələ də tam olaraq düzəlməyib və yeni yol ötürücüləri yaradılmayıb. Bu səbəbdən tıxaclar yağışlı və ya yağışsız hava şəraitindən asılı olmayaraq davam edəcək".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
2
redaktor.az

3Источники