RU

Evi qəzalı vəziyyətdə olan Ağdam sakini rəsmi qurumlardan kömək istəyir MÜRACİƏT / FOTO

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdam rayonu, Çəmənli kənd sakini Həsənova Həcər Sabir qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, evi uçmaq üzrədir, İcra Hakimiyyəti kömək etmir: 

“Mən, Həsənova Həcər Sabir qızı, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Hazırda çarəsiz durumdayam. Evim qəzalı vəziyyətdədir. 1992-ci ildə kərpicdən tikilmiş evdir. Evin üzəri ağaclarla bağlanılıb. İndi isə yuxarıdakı ağaclar çürüyüb.

Təmir etdirməyə imkanım yoxdur. 2 övladım var. Yoldaşım rəhmətə gedib.

Məsələ ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova dəfələrlə müraciət etmişəm. Ağdam rayonunun tikinti işləri üzrə müdir vəzifəsində işləyən Əbduləli müəllim də evə baxış keçirib. Yararsız vəziyyətdə olduğunu deyib. Bizə kömək edəcəklərini bildirsələr də kömək etmirlər.

2016-cı ildə evimizin bərba olunacağı ilə əlaqədar xəbər aldıq. Vaqif bəy yenə sözünün üstündə durmadı.

Ev kərpicdən olduğu üçün uçur. Onu söküb yenidən bərpa etmək lazımdır. Evimi yenidən tikdirməyə mənim gücüm yoxdur. 2 uşaqla acınacaqlı vəziyyətdə yaşayıram. Havalar birazdan soyuyacaq...

Bütün səlahiyyətli qurumlardan kömək istəyirəm. Mən demirəm ki, mənə villa tiksinlər. Sadəcə, başımızı içinə sala biləcəyimiz bir evimiz olsun". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
2
hurriyyet.az

3Источники