RU

CHP-də daha iki qalmaqallı istefa

Türkiyənin Konya vilayətinin Səydişəhər və Emirqazi rayonlarının Cümhuriyyət Xalq Partiyasından (CHP) olan merləri hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) keçiblər.

Modern.az xəbər verir ki, Səydişəhərdə 2024-cü ildə Cümhuriyyət Xalq Partiyasından (CHP) 35,09% səslə seçilmiş Həsən Ustaoğlu və Emirqazidə başqa bir müxalifət partiyasından 53,87% səslə qalib gəlmiş Mesut Mərtcan Ankarada keçirilən mərasimdə prezident Rəcəb Tayyib Ərdoğanın əlindən AKP-nin üzvlük nişanını alıblar.

Ustaoğlu qərarını “Səydişəhərə daha səmərəli xidmət etmək” istəyi ilə əsaslandırıb, Mərtcan isə hakim partiyanın vizyonuna sadiqliyini vurğulayıb.

Избранный
14
3
modern.az

4Источники