RU

Britaniyanın yeni XİN başçısı Ukraynaya ilk səfərini edib

Böyük Britaniyanın yeni xarici işlər naziri İvett Kuper Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə qonağı qarşılayan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün "X" platformasında paylaşım edib.

Nazir qeyd edib ki, qonağa Ukraynaya “şəxsi və Böyük Britaniyanın dəyişməz dəstəyini yüksək qiymətləndirdiyimizi bildirdim”.

Sibiqa həmçinin, gündəlikdə olan bütün ikitərəfli və beynəlxalq məsələləri, o cümlədən sülh təşəbbüsləri, Rusiyaya qarşı transatlantik təzyiqləri və Ukrayna ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəkərini vurğulayıb.
Избранный
12
5
sherg.az

6Источники