RU

Qayınata gəlinini Bulvarda başqa şəxslə gördü dava düşdü

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Astara şəhər Bulvar ərazisində dava baş verib. Buna səbəb qayınatanın gəlinini başqa bir şəxslə söhbət edərkən görməsi olub.

Hadisə sentyabrın 10-da Astara şəhər Bulvar ərazisində baş verib.

60 yaşlı Rasim Məmmədov (ad və soyad şərtidir) Bulvarda olan zaman gəlinini tanımadığı şəxslə söhbət edərkən görüb. Həmin şəxslə mübahisə etməyə başlayıb və dava baş verib. Tərəflər bir-birlərini təhqir ediblər.

Hadisə yerinə gələn polis əməkdaşları 60 yaşlı Rasim Məmmədovu və 33 yaşlı Qasım Əliyevi (ad və soyad şərtidir) saxlayıblar.

Qasım Rasim Məmmədovun gəlini ilə sosial şəbəkədə tanış olubmuş. Onlar ilk dəfə Bulvar ərazisində görüşürmüşlər.

Hər iki şəxs məsuliyyətə cəlb edilib. Onlar xırda xuliqanlıqda təqsirli bilinərək 10 gün müddətinə həbs ediliblər. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
2
moderator.az

3Источники