Bakı. Trend:
Bolqarıstanın Montana şəhərində NATO-nun Fəlakətlərə CavabınƏlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzinin və BolqarıstanRespublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə“BULGARIA 2025” mülki fövqəladə hallara cavab təlimi keçilib.
Trendxəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki. NATO-ya üzv və tərəfdaş ölkələrinnümayəndələrinin qatıldığı təlimdə Azərbaycanı TƏBİB və FövqəladəHallar Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsiledib.
TƏBİB tərəfindən təlimə 2 tamtəchizatlı təcili tibbi yardımavtomobili və onların tibbi briqadaları cəlb olunub. RespublikaTəcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən təmin edilənavtomobillər və heyət Montana şəhərində qurulan müvəqqəti düşərgədəyerləşərək bütün simulyasiya fəaliyyətlərində iştirak edib.
Təlimin əsas məqsədi fövqəladə hallara qarşı beynəlxalqəməkdaşlığı möhkəmləndirmək, zəlzələ, daşqın, yanğın, kimyəvihadisələr və digər təbii, texnogen fəlakətlər zamanı mülki, hərbistrukturların birgə fəaliyyət imkanlarını sınaqdan keçirmək,həmçinin beynəlxalq yardımın qəbul olunması və koordinasiyasınıtəkmilləşdirməkdən ibarət olub.
TƏBİB-in tibbi briqadaları zəlzələ ssenarisi üzrəaxtarış-xilasetmə əməliyyatları zamanı yaralılara ilkin tibbiyardım göstərib, mobil səhiyyə xidməti vasitəsilə beynəlxalqbriqadalarla birgə fəaliyyət həyata keçirib.
Qeyd edək ki, Azərbaycan bu təlimdə iştirakçı ölkələr arasındaən geniş tibbi heyətlə təmsil olunan ölkə kimiqiymətləndirilib.
Azərbaycan nümayəndə heyətinin “BULGARIA 2025” beynəlxalqtəlimində iştirakı ölkəmizin beynəlxalq miqyasda humanitartəşəbbüslərə dəstəyini, regional təhlükəsizlik və dayanıqlılığamarağını, eləcə də fövqəladə hallara hazırlıq sahəsində NATOmüttəfiqləri və tərəfdaş ölkələrlə əməkdaşlığını daha dagücləndirmək məqsədi daşıyır.