RU

“Böyük Qayıdışda QHT-lər həm müəllim, həm də bələdçi rolunu oynayır” - Fariz Xəlilli

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli QHT.az-a açıqlamasında “Böyük Qayıdış” proqramının Qarabağ və Şərqi Zəngəzur bölgəsinin sosial-iqtisadi inkişafı, əhalinin doğma yurd-yuvalarına qayıdışı və dayanıqlı həyat şəraitinin yaradılmasında mühüm əhəmiyyət daşıdığını bildirib.

QHT sədri vurğulayıb ki, bu prosesdə dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da fəal iştirakı xüsusi önəm kəsb edir:

  • QHT-lər qayıdan əhalinin sosial adaptasiyasına və psixoloji reabilitasiyasına dəstək göstərə bilər;

  • Təhsil və maarifləndirmə sahəsində gənclər və qadınlar üçün peşə hazırlığı, dil kursları, innovativ proqramlar təşkil oluna bilər;

  • Sosial sahibkarlıq, kənd təsərrüfatı və turizmin stimullaşdırılması ilə məşğulluğun artırılmasına töhfə vermək mümkündür;

  • QHT-lər dövlət orqanları ilə icmalar arasında vasitəçi rolunu oynayaraq ictimai iştirakçılığı gücləndirə bilərlər;

  • Mədəni irsin qorunması, abidələrin konservasiyası və ənənələrin gənc nəsillərə ötürülməsi istiqamətində layihələr həyata keçirilə bilər.

Fariz Xəlilli qeyd edib ki, bu sahədə artıq əhəmiyyətli addımlar atılıb:

"Miras” İctimai Birliyi tərəfindən icra olunan “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kurslarının təşkili” layihəsi bu istiqamətdə mühüm təşəbbüslərdən biridir."

 

Pərvanə Fərhadqızı

Избранный
42
qht.az

1Источники