Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakıda hər gün küçələrdə gördüyümüz marşrut avtobusları gecə işini bitirdikdən sonra hara gedir?
“Qafqazinfo” xəbər verir ki, Baku TV mövzu ilə bağlı “Xaliq Faiqoğlu” şirkətinin texniki xidmət mərkəzindən maraqlı reportaj hazırlayıb.
Bildirilib ki, ümumilikdə 400 avtobusla sərnişinlərə xidmət göstərən şirkətin 3 istehsalat bazası mövcuddur. Bu mərkəzdə isə hər gün 200-dən artıq avtobusa texniki baxış və xidmət göstərilir. 100 nəfərə yaxın şəxsin işlə təmin edildiyi mərkəzdə 10 xidmət nöqtəsi, sürücülərin tibbi müayinəsi üçün tibb məntəqəsi, yanacaqdoldurma məntəqəsi, yuma məntəqəsi, ofis, konfrans zalı, istirahət otaqları və sair mövcuddur.
Daha ətraflı sujetdə:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.